Müsahibələr

Bu da bir ömürdü yaşayırıq…” (“Ədalət” qəzeti, 24-25. II. 2004)

“Ekran saxtalığı sevmir” (“Ekran-efir jurnalı”- 3 . III. 2007)

“Diffomasiya haqqında Qanun layihəsi hazırlamaqdansa təhqirə, böhtana yol verilməməsi haqqında Qanun qəbul edilsin” (MediaForum-20.IX.2007)

“Vaxtilə kinoaktyor kimi məşhurlaşmağımın qarşısını özüm aldım” (APA-3.IX.2008)

“Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir”(“Olaylar”-20.XI.2008

“Mətbuatda satira və felyeton yazmaq istedad tələb edir” (modern.az , 2008)

“Dövlətə xidməti ədəbiyyata xidmətdən üstün tuturam”(Xeberdar.info-28.IV.2009)

“Adyazar.az” saytının suallarını yazıçı-publisist Akif ƏLİ cavablandırır (IV-2009)

Akif Əli Yazıçılar Birliyində baş verənlərə görə özünün vaxtilə haqlı olduğunu iddia edir  (“Bakı-Xəbər” – 25 . IV. 2009)

“Cavanlar yenilik gətirmək istəyirsə, onlara şərait yaratmaq lazimdir” (Modern.az – 5 .X. 2009)

“Mən özüm-özümə qiymət”verə bilmərəm” (“Qaynar.info”-18 .VII. 2010)

Yazıçı necə yazsın ki…”(“Kaspi”-4 . III. 2010)

“AYB əski kommunarlar yuvasıdır, onun heç bir perspektivi yoxdur, xilası isə demontajdadır” (Milli.az-13 .IV. 2010) ;  (Kultaz.com-13.04.2010

“Soyadını rəsmən dəyişmiş şəxslərin dedikləri”

“Aydınlar meydanında nadanlar at oynadıb”(“Olaylar” –  4. XI. 2011)

Akif Əli: “Xəyallara dalmağın nə əhəmiyyəti?! Zaman o zaman deyil” (“Olaylar”-22 . IV. 2013)

Akif Əli: “Şit geyimlə, zövqsüz makiyajla, eybəcər saqqalla, efirdə    görünməyin əleyhinəyəm” (“Ekspress” – 14 . IV. 2013)

Biz ona sual verdik, o bizə məsləhət… (Aznews.az – 29 . V. 2013)

“Don Kixot dediyim üçün bir dostum məndən 18 il küsülü qaldı” (“Teleqraf”-22 . XII. 2014)

“Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri, yazıçı-publisist Akif Əlinin 1937.az-a müsahibəsi” (“1937.az” – VIII. 2014)

Akif Əli: “Milyonlarla dollar qonorar qurban olsun bizim bir dəqiqəlik müstəqilliyimizə” (“Kaspi” qazeti-3 . III. 2014)

“50 milyonluq böyük bir xalq olduğumuzu dərk edirik” (“Olaylar”-3.IX.2014

“Milli miskinlərimiz ayağımdan dartmaq istəsələr də…” (Teleqraf.com-17.XII.2015)

Yayım tarixi

Filmlər

Bədii filmlər:

1. “Uzun müharibədə qısa görüşlər” 

2. “Tütək səsi” 

3. “Arxadan vurulan zərbə” 

4. “Əgər biz bir yerdəyiksə” 

***

 

“Mozalan” kinosüjetləriimages:

1. “Zərbə” – “Mozalan” kino-jurnalı, 1983, №79 

2. “Üzr istəyirəm” – “Mozalan” k/j, №99, 1985 

3. “Tərsinə” (“Ağ xalat”) – “Mozalan” k/j, №121, 1987 

4.”İş necə gedir”(Mükafat)-“Mozalan” k/j, №123, 1988

5. Qonşular – “Mozalan” k/j, №132, 1989 

6. “Kreslo” – “Mozalan” k/j, №144, 1989

7. “Müavin” – “Mozalan” k/j, №144, 1989

8. “Hacı Qara” – “Mozalan” k/j, № 172, 1998]

Tele-Radio verilişləri

Haqqında verilişlər:

“Yaz düşüncələri” (Azərbaycan Radiosu – 2013)

-“Ovqat” (AzTv)

“Səhər” proqramı (Aztv -Teleradio günü) 

“Həmin Mən”  (2012 ATv) 

 -“Qulp” (ANS Tv)  

“Tele-kitab” (Region Tv)

***

Müəllif  proqramları:

-“Zaman və məkan” (“Mədəniyyət” kanalı – 2014)

-“tənin səsi” (itv – 2014)

-“Zaman və məkan” (“Mədəniyyət” kanalı – 2014)

-“Zaman və məkan” ( “Mədəniyyət” kanalı – 2015)

-“Zaman və məkan” – (“Mədəniyyət” kanalı – 2015) 

-“Zaman və məkan” (“Mədəniyyət” kanalı – 2015)

“Vətənin səsi” (“Nostalji” – proqramdan fraqment/ itv-2016)

Fotolar

ATA

Akif ƏLİ. Portret

Azərbaycan Radiosu. 1978-1983 

AzTV. “Gənclik” redaksiyası. 1983-1987

NK. Tədbirlərdə

AzTv. “Zaman və Məkan”

Əməkdar Jurnalist (2015)

İtv. “Vətənin səsi”

“Uzun müharibədə qısa görüşlər”(1974)

“Tütək səsi” (1975)

“Arxadan vurulan zərbə” (1976)

“Əgər biz bir yerdəyiksə…” (1977)

Kitablar

Gözəlliyin qədrini bilək
Müasir Azərbaycan kinoaktyorları
Unudulmaz yollar
Məhəbbət təranələri
Öncə-Vətəndir
Qaragöz oyunu
M.Ə.Sabirin satira sənətkarlığı (1999)
3-cü yazı
Ədəbiyyat haqqında düşüncələr
M.Ə.Sabirin satira sənətkarlığı (2012)
Vətən mücadiləsi
Böyük ömrün anları 

(1. Ömür yolu  2. Vətənə Atatürk gərək  3. Dövlət quruculuğu  4. Xalq üçün  5. İstirahət anları  6. Atatürkə sevgi  7. Əbədiyyət  \ Kitabın təqdimat mərasimi)

 İdrak
 Azman

Söz adamı

YARADAN

Ədəbi-bədii yazılar

1. Publisistika:

Vətən mücadiləsi

Vətən qarşısında şərəfli”

Vətənə Atatürk gərəkdir” 

Unutmağa haqqımız yox” (M.M.Navvabın kitabı)

Tərlan oylağında sar olduşair

İki qardaş ölkə və bir doğma xalq 

Samvel”in övladları (araşdırma)

“Müxaliflik”

“Jurnalistin peşə etikasına dair”  

“Multikulturalizm- alternativi olmayan həyat tərzi”

“Müqəddəs rəmzlər” 

“Qarabağda mədəni irsin talan edilməsi
bəşər mədəniyyətinə qarşı cinayətdir” 

“Qələbələr tarixi” 

“Qurtuluşun mahiyyəti” 

“Xainlər və xəyanətkarlar”

“Yalan və Doğru” 

Ay… ermeni!

Bizim Atalar

Dövlət qulluğu şərəfli işdir 

Dünya bizdən nə istəyir

Kərbəla olayları”

Məmurluq şərəfi 

“M.Ə.Sabir bizə nələri deyirdi

Tanrının sirrinə müdaxilə

Tərəqqinin əzablı yollarında”

Zaman axarında

Mədəniyyət toxumu səpən “Əkinçi“”

 

2. Bədii əsərlər:

Ağ xalat

Buna kim inanar (povest) 

İnkir-Minkir

Elementar etiket

İsgəndərlər

Məmurun ölümü

Ağır daşlar altında

Antey qüdrətli adam

Dövlət ideologiyası

Dumanlı dağlar (kino-pritça)

Hər oxuyan Molla Pənah olarmış

İntibah (esse)

Məzəli Market (məzhəkə)

 

Ömür yolu

Akif ƏLİ – Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib (22 fevral 1952 il).

Atası – Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb.
Anası – Şəhla Məhərrəmova, evdar qadın (1028-2008).

Akif ƏLİ Bakı şəhəri 16 №-li orta məktəbi (1970),
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974),
Bakı Ali Partiya Məktəbini (1989) bitirib.

“Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub (1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:
– “Uzun müharibədə qısa görüşlər” (“Tacikfilm” və “Lenfilm” k/st. birgə istehsalı, 1974) – Rüstəm;
– “Tütək səsi” (“Azərbaycanfilm” k\st., 1975) – Tapdıq;
– “Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;
– “Arxadan vurulan zərbə” (“Azərbaycanfilm” k\st., 1977) – Fazil müəllim
və b. obrazları yaradıb.

1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:
– Radionun “Satira və yumor” şöbəsinin müdiri işləyərkən (1981-1983) bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı”);
– Televiziyanın “Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “İdrak”, “Tələbə dünyası”, “7 sual, 7 cavab” televiktorinası, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud redaktoru olub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).

Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).
Filologiya elmləri üzrə Fəlsəfə Doktorudur (1988), dosentdir (2000).

Akif ƏLİ 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan olan “Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin Baş redaktoru olub.
Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ həqiqətləri, qaçqın soydaşlarımızın problemləri,  klassik irsimiz, kulturologiya, maarifçilik və digər  mövzularda çoxlu sayda məqalələri dərc olunub.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) “Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.

1994-cü il oktyabrın 10-dan Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyir.
2-ci dərəcə Dövlət müşaviridir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
“Əməkdar Jurnalist” fəxri adına layiq görülüb.

“Qızıl qələm” mükafatı laureatı, çoxlu sayda elmi, publisistik məqalənin,   tele-radio ssenarilərinin, dram və nəsr əsərlərinin, həmçinin:
-14 kitabın (“Gözəlliyin qədrini bilək” -1984, “Azərbaycanın müasir kinoaktyorları” – 1984, “Unudulmaz yollar” – 1985, “Məhəbbət təranələri” – 1989, “Qaragöz oyunu” – 1999, “M.Ə.Sabirin satira sənətkarlığı” – 1999, “Öncə – vətəndir” – 2003, “Ədəbiyyat haqqında düşüncələr” – 2004, “Böyük ömrün anları” – 2004, “Üçüncü yazı” – 2006, “İdrak” – 2007, “Vətən mücadiləsi” – 2011, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” – 2012, “Azman” – 2013);
– “Mozalan” satirik kino-ssenarilərinin (“Zərbə”- № 79, 1983; “Üzr istəyirəm”- № 99, 1985; “Tərsinə” – № 121, 1987; “Mükafat”- № 123, 1988; “Qonşular”- № 132, 1989; “Kreslo”- №144, 1989; “Müavin”- № 144, 1989; “Hacı Qara”- №172, 1998);
-Tərcümə əsərlərinin (A.Gertsen – “Olmuşlar, düşüncələr”, V.Mayakovski – “Taxtabiti”, M.Zoşşenko – “Nəhs günü”, J.B.Molyer – “Meşşanın zadəganlığı”, A.Soljenitsin – “Matryonanın ocağı”, A.Çexov – “Hekayələr”, X.Şahani – “Qasırğa”, Qrimm qardaşları – “Bremen musiqiçiləri”, Mitsuko Takaxasi – “Kəpənək mövsümü”, Mark Gelprin – “Şam yanırdı”, Covanni Verqa – “Dişi canavar  və b.) müəllifidir.

“Ağır daşlar altında” (Məmməd Arazla söhbət) əsərinə görə “Kaspi” qəzetinin (2013);  Mayk Gelprin (ABŞ) “Şam yanırdı” əsərinin tərcüməsinə görə Azərbaycan Tərcümə Mərkəzinin (“Dəf(i)nə yarpağı”-2015) keçirdiyi  ədəbi müsabiqələrin qalibidir.
AzTv-nin “Mədəniyyət” kanalında “Zaman və Məkan”, İTv-də isə “Vətənin səsi” televiziya proqramlarının müəllifi və aparıcısıdır.